Yığmanın düşərgəsini tərk etdi

11.10.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Fransa yığmasının heyətində zəruri dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.
Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalan futbolçunun yerinə “Marsel”in müdafiəçisi Benjamin Pavar çağırılıb.
Qeyd edək ki, Pavardan əvvəl Fransanın kapitanı Kilian Mbappe yığmamızla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu. Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью