Yığmanın futbolçusu İsveçə aparılmayacaq

17.11.2024

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının sonuncu - VI tur matçını buraxacaq.

Sfera.az xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz heç-heçə etdikləri görüşdə zədələnməsi səbəb olub.

Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlkioyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveş - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью