Yığmanın kapitanı mətbuat konfransında iştirak etməyəcək

15.06.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yığmanın kapitanı mətbuat konfransında iştirak etməyəcək

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da Seneqala qarşı keçiriləcək ilk oyun öncəsi təşkil olunacaq mətbuat konfransında iştirak etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb. Məlumata görə, yığmanın baş məşqçisi Didye Deşamı mətbuat konfransında komandanın kapitanı əvəzinə N'Qolo Kante müşayiət edəcək.

Fransa Futbol Federasiyası qərarın Mbappenin rahatlığını qorumaq məqsədilə verildiyini bildirib. Belə ki, stadionun təlim-məşq bazasından uzaqda yerləşməsi səbəbindən futbolçu və baş məşqçi yolda bir neçə saat vaxt itirməli olacaqdılar. Bu səbəbdən federasiya hücumçunun əlavə enerji sərf etməməsi üçün onu Kante ilə əvəzləyib.

Qeyd edək ki, N'Qolo Kantenin Seneqalla keçiriləcək görüşə start heyətində başlaması gözlənilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью