Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksika millisinin yarımmüdafiəçisi Luis Çaves KONKAKAF Millətlər Liqasının qalibi olmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Moskva "Dinamo"sunun oyunçusu fikirlərini "championat.com"a bölüşüb: "Yığmanın qələbəsini bayram etməyə vaxtım olmadı.
Finalın ertəsi getməliydim. Amma bu qələbəyə şadam. Biz mükafat qazanmalıydıq. Uzun müddət idi ki, bunu edə bilmirdik".
Xatırladaq ki, Meksika turnirin final matçında Panamanı 2:1 hesabı ilə yenib. Çaves meydana matçın 2-ci hissəsində çıxıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.