Yığmanın rəqibinin oyununda 5 qol

09.09.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması yoldaşlıq oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Tbilisi Olimpiya Sarayında baş tutan matçda Gürcüstan yığması ilə qarşılaşan rəqibimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Hesabı Kunster açıb. Millidə debüt edən Bişko fərqi 2 topa çatdırıb. Daha sonra meydan sahibləri ardıcıl 2 qol vurmaqla hesaba tarazlıq gətirib. Lakin Drozd dəqiq oynamaqla sona yaxın komandasına qələbə qazandırıb.

Bu komandalar arasında növbəti oyun sabah – sentyabrın 10-da, saat 19:00-da, Tbilisi Olimpiya Sarayında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya yığması ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью