Yığmanın sabiq futbolçusu müharibədə öldü Cəsədini çıxarmaq mümkün deyil

30.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müharibədə öldürülən Rusiya millisinin keçmiş futbolçusu Aleksey Buqayevin cəsədini cəbhə zonasından çıxarmaq mümkün deyil.

Publika.az xəbər verir ki, bu barədə vəkil Anton Smirnov bildirib.

Daha əvvəl məlum olmuşdu ki, Rusiya millisinin, “Torpedo”, “Lokomotiv”, “Tom”, “Krasnodar” və “Ximki”nin sabiq futbolçusu Aleksey Buqayev Ukrayna müharibəsində həlak olub. Buqayevin 43 yaşı var idi.

“Məndə olan məlumata görə, Alekseyin cəsədini çıxarmaq hələ mümkün deyil. Döyüş gedir. Ümid edək ki, onu dəfn etmək üçün çıxara biləcəyik”, - Smirnov Telegram kanalında yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью