Yığmanın sabiq hücumçusu: Estonlara qalib gəlməmək faciədir

18.11.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda Estoniya ilə heç-heçə edib (0:0). 

Yığmanın keçmiş futbolçusu Rauf Əliyev Sport24.az-a açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

"Estoniya güclü rəqib deyil. Onlara iki oyunda qalib gələ bilməmək faciədir. İlk oyunda da qol fürsətlərindən yararlana bilməyib, qapımızda qollar görmüşdük. Qəbələdəki matçda şanslarımız var idi. Sadəcə, futbolçular son nöqtəni qoya bilmirdilər. Üzücü nəticədir. D Liqasına düşməyə faciədən başqa ad vermək olmur"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью