Yığmanın ulduz futbolçusu klubunu dəyişə bilər

24.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Yığmanın ulduz futbolçusu klubunu dəyişə bilər

Kabo-Verde milli komandasının və Portuqaliyanın "Şaviş" klubunun qapıçısı Vozinya karyerasını Braziliyada davam etdirə bilər.

QOL.az xəbər verir ki, "Esportes"in məlumatına görə, 40 yaşlı qolkiper Braziliya Seriya B-də çıxış edən üç komanda ilə danışıqlar aparır.

Portuqaliyanın ikinci liqasında ayda təxminən beş min avro maaş alan qapıçıya Braziliyanın ikinci divizion klubları daha yüksək məvacib təklif edirlər.

Xatırladaq ki, Vozinya dünya çempionatının qrup mərhələsinin ilk turunda İspaniya millisi ilə oyunda (0:0) Kabo-Verde yığmasına xal qazandırmaqla turnirin ulduzuna çevrilib. Bir neçə vacib seyv edən 40 yaşlı qapıçı həmin matçın ən yaxşı oyunçusu seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью