Yığmaya qoşulmadı

17.11.2025

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Trent Aleksander-Arnold formasını bərpa etmək üçün xüsusi hazırlıq proqramına başlayıb.
"Football-plus.az" xəbər verir ki, “Real”ın 27 yaşlı müdafiəçisi bu məqsədlə İngiltərə yığmasına qoşulmaqdan imtina edib.
Madrid klubunun düşərgəsində qalan Trent baş məşqçi Xabi Alonso və onun köməkçilərinin hazırladıqları xüsusi proqrama riayət edəcək. Bu plan istirahət, fiziki hazırlıq və psixoloji bərpadan ibarət olmaqla kompleks yanaşmanı əhatə edir.
Aleksander-Arnold “Real”a 2025-ci ilin yayında “Liverpul”dan transfer olunub. O, cari mövsümdə klubunun keçirdiyi 16 matçdan yalnız 7-də iştirak edib və heç birində 90 dəqiqə meydanda olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью