Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur müğənni Yıldız Tilbe azərbaycanlı həmkarı Vəfat Şərifovanın duet təklifini geri çevirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu bildirib.
O qeyd edib ki, Yıldız Tilbe, bu xəbəri mətbuata açıqladığı üçün Vəfaya əsəbiləşib.
Bu səbəbdən 100 000 dollarlıq (təxminən 170 000 AZN-lik) təklifi geri çevirib.
Qeyd edək ki, Vəfa 22 gün əvvəl elə "Rəngarəng" verilişində Yıldız Tilbe ilə duet oxuyacağını açıqlamışdı.
Sənətçi buna görə lüks avtomobilini də satışa çıxarmışdı.