Yıldız Tilbe bu xəstəlikdən əziyyət çəkir

23.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Məşhur müğənni Yıldız Tilbe ötən gecə Çeşmədə konsert verib. 

"Unikal" xəbər verir ki, fərqli geyimi və  güclü səsi ilə pərəstişkarlarını sevindirən Tilbe onlarla söhbət edib. 

İlk dəfə səhhəti ilə bağlı tamaşaçılarla səmimi söhbət paylaşan Tilbe hipertoniya xəstəsi olduğunu açıqlayıb. O, qan təzyiqinin uzun müddətdir nizamsız olduğunu bildirib. 

Sənətçi yaşadıqlarını bu sözlərlə izah edib: "Həkim mənə bir az məsləhət verdi. Pilates və yoqa ilə məşğul olmağımı təklif etdi. 59 yaşım tamam oldu. Yaşımla əlaqədar əzələlərimin zəiflədiyini dedi. Hətta mikrofon belə götürə bilmərəm. Təzyiq həqiqətən çətindir. Bu xəstəliklə mübarizə aparan hər kəsə şəfa diləyirəm".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью