Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyəli müğənni Yıldız Tilbe Çeşmədəki konsertindən sonra yaşadığı hadisə ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, konsertdən sonra yaranan sıxlıq zamanı müğənni ilə təhlükəsizlik əməkdaşı arasında qısa müddətli gərginlik yaşanıb. İddiaya görə, təhlükəsizlik əməkdaşının ona çox yaxın məsafədən yüksək səslə danışması Yıldızın narazılığına səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə müğənninin təhlükəsizlik əməkdaşına “Sənə bir vuraram, gedərsən. Gəlib qulağımın dibində bağırır. Çəkil!” dediyi eşidilir.
Hadisə qısa müddət sonra başa çatıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.