Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Vəfa Şərifova türkiyəli məşhur ifaçı Yıldız Tilbe ilə duet oxuyacağını açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bunun üçün 100 min dollar (170 min manat) ödəyəcəyini, buna görə avtomobilini satışa çıxardığını deyib.
Yıldız Tilbenin vəkili Handan Bakbak məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, sosial şəbəkədə Vəfa Şərifova adlı ifaçının onun haqda dediklərini eşidib və bunlar yalandır:
"Müvəkkilimiz, hörmətli Yıldız Tilbe barəsində mətbuatda yer alan, həqiqətə uyğun olmayan, əsassız, haqsız və son dərəcə yolverilməz ittiham və iddialarla hazırlanan, şəxsin öz reklamını və populyarlığını artırmaq məqsədi daşıyan sosial media paylaşımları səbəbilə bu mətbuat açıqlamasının verilməsi zəruri hesab edilib.
Azərbaycanlı müğənni Vəfa Şərifova həm ölkəsində yayımlanan televiziya proqramında, həm də sosial media hesablarında Yıldız Tilbe ilə duet oxumaq üçün 100 min dolları ödədiyini, müğənninin pulu almasına baxmayaraq duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu həm yazılı, həm də vizual formada iddia edib. Bildiririk ki, Yıldız Tilbenin adıçəkilən şəxs ilə heç bir əlaqəsi, yazışması, paylaşımı, işbirliyi və ya görüşü olmayıb.
Bu iddialar tamamilə uydurma, qərəzli, qanunsuz, şəxsin nüfuzunu və tanınmışlığını məqsədli şəkildə hədəf alan, eyni zamanda bir çox cinayət tərkibi yaradan hallardır. Bununla bağlı zəruri hüquqi tədbirlər görüləcəkdir".
Həmin açıqlamanı Yıldız Tilbe rəsmi instaqram hesabında yayımlayıb.
Qeyd edək ki, aparıcı Zaur Nəbioğlu öz verilişində məsələni gündəmə gətirib, Vəfa ilə birlikdə bu açıqlamanı yaymışdı.