Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Yıldız Tilbenin Vəfa Şərifovanı bu gün məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Rəngarəng”də aparıcı Zaur Nəbioğlu danışıb.
O bildirib ki, Y. Tilbenin prodüseri onlara məlumat verib və bu gün məhkəməyə müraciət etdiklərini qeyd edib:
“Vəfa Şərifova məhkəmədə cavab verəcək. Yıldız xanımın heç bir xanım həmkarı ilə duet etmədiyini, bu məsələdən xəbəri olmadığını, yalan yerə reklam edilməsinə icazə verməyəcəyimizi deyin. Tamamilə uydurulmuş hekayədir”.
Vəfa isə üzr istəməyəcəyini vurğulayıb:
“Səhvim olmayan yerdə üzr istəmərəm”.
Sara, Bizim.Media