Yılmaz: “Rusiya Ukrayna münaqişəsində sülh üçün aparıcı rol oynamağa hazırıq”

04.09.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Rəcəb Tayyib Ərdoğanı təmsil edərək "Könüllü Liderlər Koalisiyası"nın beşinci onlayn sammitində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, Yılmaz Türkiyənin Rusiya-Ukrayna münaqişəsində qalıcı sülh üçün aparıcı rol oynamağa hazır olduğunu bildirib.

O, tərəflər arasında diplomatiya və dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.

Türkiyə bütün imkanları ilə ədalətli və davamlı sülh əldə olunana qədər diplomatik səylərə dəstək verməyə davam edəcək.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью