Yılmaz Türkiyə prezidentini əvəz edəcək

03.11.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2-4 noyabr tarixlərində Cənubi Koreyaya səfəri zamanı Cevdet Yılmaz müvəqqəti prezident vəzifəsini icra edəcək.

Gununesi.info xəbər verir ki, bu məsələ ilə bağlı rəsmi fərman “Rəsmi Qəzet”də dərc olunub.

Belə ki, Türkiyə Respublikası Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq, Ərdoğanın 2-4 noyabr tarixlərində Cənubi Koreyaya səfərindən qayıdana qədər müvəqqəti prezident vəzifəsini vitse-prezident Cevdet Yılmaz icra edəcək.

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью