Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hindistanın Tamil Nadu əyalətində 63 yaşlı kişi yırtıcı heyvanın hücumuna məruz qalaraq ölüb.
Redaktor.az “The New Indian Express”ə istinadən xəbər verir ki, Balakrişnan avqustun əvvələrində axşam saatlarında itkin düşüb. Yaxınları səhər saatlarında onun yoxa çıxması ilə bağlı məlumat verərək axtarışa başlayıblar.
Bir müddət sonra kişinin meyiti çay plantasiyasının yaxınlığında aşkarlanıb. Meyitin bir hissəsinin yırtıcı heyvan tərəfindən yeyildiyi müəyyən edilib.
İlkin ehtimala görə, Balakrişnana pələng hücum edib. Yerli hakimiyyət orqanları yırtıcının digər kənd sakinlərinə də hücum edə biləcəyindən ehtiyat edərək onun axtarışına başlayıblar.
Aytəkin TOFİQQIZI