Yıxılan gənc 6 gün sonra öldü

17.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

6 gün əvvəl qoşqudan yıxılan Bərdə sakini xəstəxanada ölüb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Bərdə rayon Yeni Daşkənd kəndində baş verib. 

Kənd sakini 2000-ci il təvəllüdlü Əlizadə Kənan Asif oğlu ot gətirməyə gedərkən traktorun qoşqusundan yıxılıb. Baş nahiyəsindən ağır xəsarət alan K.Əlizadə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Həkimlərin apardığı təxirəsalınmaz tədbirlər nəticəsiz qalıb və o, xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью