Icma.az bildirir, Mia.az portalına istinadən. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas yaradıcılarından biri, partiya sədrinin keçmiş m
Mia.az onunla müsahibəni təqdim edir: - Ramiz Mehdiyevlə bağlı baş verənləri necə qiymətləndirirsiniz?
- Ramiz Mehdiyev məsələsi ilə bağlı mənə çoxsaylı zənglər gəlsə də, onların heç birinə cavab verməmişəm.
Mən Heydər Əliyev hakimiyyətdə olanda Ramiz Mehdiyev haqqında bütün sözlərimi demişəm. Amma yıxılana balta vurmaq mənim sənətim deyil.
Ona görə də indi heç nə danışmaq istəmirəm. Bunlar mənə aid söhbətlər deyil.
Araşdırma aparsanız, görərsiniz ki, Heydər Əliyev Prezident olduğu dövrdə mən deyəcəyim bütün fikirlərimi səsləndirmişəm.
İndi Baş nazirin müavini olan Yaqub Eyyubovdan soruşa bilərsiniz ki, 1995-ci ildə o, deputat olmaq istəyəndə Əli Nağıyev televiziyada necə çıxışlar edib?
Ondan sonrakı dövrlərdə isə Prezident Admistrasiyasında bir köstəbək var idi.