Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Göygöldə 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayev yıxılaraq xəsarət alıb. Adıçəkilən şəxs xəstəxanaya aparılsa da yolda vəfat edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşkları cəlb olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev