Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Ynet portalı İsrail, Amerika və Livan mənbələrinə istinadən xəbər verir ki, İsrail Livanda Hizbullah ilə təklif olunan atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib.
Onların fikrincə, son qərarı İsrail hökuməti verməlidir. Amerikanın Axios portalı yazır ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos
Portalın məlumatına görə, saziş layihəsi İsrail hərbçilərinin Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü ehtiva edir.
Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşdiriləcəyi, Hizbullahın isə ağır silahlarını Litani çayının şimalına daşıyacağı gözlənilir.
O, həmçinin təşəbbüsün həyata keçirilməsinə nəzarət etmək üçün ABŞ-nin rəhbərlik etdiyi komitənin yaradılmasını nəzərdə tutur.
Yüksək rütbəli İsrail rəsmisi bildirib ki, razılaşma bu həftə rəsmən elan oluna bilər.
Axios üçün adı açıqlanmayan başqa bir İsrail mənbəsi bir neçə sualın hələ də həll olunmadığını iddia edir.