sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün növbəti yoldaşlıq görüşü keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Tacikistan yığması ilə qarşılaşır.
Oyun "Palms Sports Arena"da baş tutacaq. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə üz-üzə gələcək.