Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Daimi yorğunluq, sürətli çəki artımı, saç tökülməsi və yaddaş problemləri orqanizmdə yod çatışmazlığından xəbər verə bilər.
Moderator.az RT-yə istinadən xəbər verir ki, Rusiyanın Federal Keyfiyyət Təminatı Agentliyi (Roskachestvo) yod çatışmazlığının əlamətləri və fəsadları barədə məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, uzunmüddətli yod çatışmazlığı qalxanabənzər vəzinin fəaliyyətini pozaraq hipotiroidizmə səbəb ola bilər. Bu zaman əzələ zəifliyi, dərinin quruması, saç tökülməsi və soyuğa həssaslıq müşahidə edilə bilər.
Yod xüsusilə hamilə qadınlar üçün vacibdir. Onun çatışmazlığı dölün, xüsusilə beynin inkişafına mənfi təsir göstərə bilər.
Yetkinlərin gündəlik yod ehtiyacı 150, hamilə qadınların 220, süd verən anaların isə 290 mikroqramdır.
Yodla zəngin qidalara dəniz yosunu, karides, midiya, yumurta, zoğal və ispanaq daxildir. Mütəxəssislər yodlaşdırılmış duzdan istifadəni də tövsiyə edirlər.
Bununla yanaşı, həddindən artıq yod qəbulunun da qalxanabənzər vəzinin fəaliyyətini poza biləcəyi bildirilir.
Qeyd edək ki, yorğunluq və çəki artımı başqa səbəblərdən də yarana bilər. Bu əlamətlər davam edərsə, həkimə müraciət etmək tövsiyə olunur.