Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Orta Dəhliz Avropanın həm iqtisadi, həm də siyasi cəhətdən strateji əhəmiyyətə malikdir.
APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Destabilizasiya dövründə azad ticarət müqavilələri imzalamağa çalışırıq. Orta dəhliz bu cəhətdən Avropa üçün xüsusi əhəmiyyət malikdir. Bu layihənin irəli aparılması əsas prioritetdir. Ermənistanda da müzakirələr aparacam ki, onlar da bu layihənin həyata keçirilməsi üçün çalışsınlar”.