Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Almaniya regionda gərginliyin azaldılması və sabitliyin təmin olunmasını zəruri hesab edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, regionda sabitliyi təmin edəcək regional nizama ehtiyac var.
O, Türkiyənin xarici işlər naziri və digər tərəfdaşlarla birlikdə yeni əməkdaşlıq formatının – E4R4-ün yaradılması təşəbbüsünü irəli sürdüyünü diqqətə çatdırıb.
Y.Vadefulun sözlərinə görə, Fransa, Almaniya və İtaliya Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla mütəmadi görüşlər keçirərək ortaq maraqları müzakirə edirlər.
Nazir bu format çərçivəsində müzakirələrin davam edəcəyini vurğulayıb. O əlavə edib ki, əsas məqsəd regionda insanların təhlükəsizliyini, dünya iqtisadiyyatını və beynəlxalq nizamı qorumaqdır.
Zeynəb Rzayeva