Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? VİDEO

23.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda nəqliyyat sıxlığının səbəbləri ilə bağlı sosial şəbəkədə paylaşım edilib.

Avtosfer.az xəbər verir ki, bir vətəndaş paylaşdığı videoda yollarda yaranan sıxlığın yalnız nəqliyyat vasitələrinin sayının çoxluğu ilə əlaqələndirilməsinin doğru olmadığını bildirib.

O qeyd edib ki, yol ayrıcına daxil olaraq hərəkətin qarşısını kəsən və digər nəqliyyat vasitələrinin keçidinə mane olan sürücülər tıxacın yaranmasına səbəb olan əsas amillərdən biridir.

“Deyirsiniz ki, tıxacı AYNA yaradır? Gəlin, mən sizə real sübut göstərim ki, tıxacı kim yaradır. Mən də deyirəm ki, sürücülər yaradır. Yol boşdur, amma tıxac var. Yol ayrıcına girmək qanunla da qadağandır. Gördünüzmü? Tıxacı yaradan sürücüdür”, – deyə vətəndaş bildirib.

Paylaşım müəllifi sıxlıqla tıxacın eyni anlayış olmadığını vurğulayıb. Onun sözlərinə görə, günün müəyyən saatlarında sürücülərin böyük hissəsinin eyni vaxtda yola çıxması təbii olaraq nəqliyyat sıxlığı yaradır. Lakin sürücülərin qaydalara əməl etməməsi və hərəkətə mane olan manevrlər etməsi vəziyyəti tıxaca çevirə bilər.

“Bəzən sürücülər bir boş yer görən kimi özlərini ora soxmağa çalışırlar. Sağa-sola baxmamaq, digər sürücülərə yol verməmək, qarşılıqlı hörmət prinsiplərinə əməl etməmək tıxacın yaranmasına səbəb olur”, – deyə o əlavə edib.

Vətəndaş sürücüləri yolda öz davranışlarına diqqət yetirməyə və yaranan sıxlığın formalaşmasında şəxsi davranışlarının rolunu nəzərdən keçirməyə çağırıb.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/227203.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью