Yol çəkirdilər, 11 skelet çıxdı FOTO

12.08.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


İngiltərənin Peterboro şəhərində yol qovşağının yenilənməsi zamanı ən azı 11 insan skeleti aşkarlanıb.

“Bakupost” xəbər verir ki, əvvəlcə bunun cinayət hadisəsi ola biləcəyi ehtimal edilsə də, araşdırmalar nəticəsində qalıqların heç bir cinayətlə əlaqəsinin olmadığı müəyyənləşib.

Arxeoloqların araşdırması zamanı skeletlərin Viktoriya dövrünə aid və 1858-ci ildə yeni dəfnlər üçün bağlanan qəbiristanlığın qalıqları olduğu üzə çıxıb. Ərazi 1970-ci illərdə təmizlənsə də, həmin vaxt aparılan qazıntıların daha dayaz olması səbəbindən bəzi qalıqlar aşkar edilməyib.

Vüsalə Hüseynova,

BakuPost




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью