Yol çökdü, 3 böyük küp çıxdı FOTO

19.12.2024

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Kırşehirin Mucur mahalında maraqlı hadisə yaşanıb.

Sherg.az xəbər verir ki, Mucur Bələdiyyəsi tərəfindən aparılan infrastruktur yenilənməsi və səki işləri zamanı qazıntı və qum daşıyan yük maşınının keçdiyi yolda səki səviyyəsində çökmə baş verib.


Fəhlələr uçmanın yaratdığı təqribən 2 metr dərinlikdə olan ərazidə 3 böyük küp və bəzi küp parçaları aşkar ediblər.

Mucur Bələdiyyə Başçısı Əli Şahin infrastruktur işlərinin tamamlandığı hissələrdə səki və abadlıq işlərinə başladıqlarını söyləyib.

Rayon mərkəzində müəllim evinin yanından yan yolda bələdiyyə yük maşınının keçdiyi zaman çökmə baş verdiyini izah edən Şahin, ərazidən götürülən 3 ədəd kübün  onların hər hansı bir tarixi faktı olub-olmadığının bilinmədiyini söyləyib. Dəyərli tapıntı İl Mədəniyyət və Turizm Müdirliyinə təslim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью