Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır VİDEO

04.09.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hökməli-Qobu-Güzdək avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.

Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Kadrlardan görünür ki, yolun müəyyən hissəsi aşınıb, səth nahamar vəziyyətə düşüb və çoxsaylı dərin çuxurlar yaranıb. Bu isə həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Şikayətçi bildirib ki, yaxınlıqdakı evlərin həyətlərindən axan çirkab sular yolun üzərindəki çökəkliklərə dolur. Onun sözlərinə görə, bu səbəbdən ərazidə demək olar ki, hər gün eyni mənzərə müşahidə olunur.

Sürücü qeyd edib ki, yoldan gün ərzində çoxsaylı nəqliyyat vasitələri, xüsusilə yük maşınları istifadə edir. Onun sözlərinə görə, bəzi sürücülər yolun vəziyyətini qismən yaxşılaşdırmaq üçün çuxurları daş və müxtəlif qırıntılarla doldurmağa çalışırlar. Lakin bu tədbirlər müvəqqəti xarakter daşıyır və müəyyən müddətdən sonra yol yenidən dağılır.

Şikayətçi aidiyyəti qurumların problemin aradan qaldırılması istiqamətində tədbir görməsinin vacib olduğunu bildirib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью