Yol idarəsinin rəisi həbs edilib ADAM GÜLLƏLƏMƏK İSTƏYİB

11.11.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “5 saylı Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəisi Arif Abbasov həbs edilib. 
Gununsesi.info xəbər verir ki, idarə rəisinin həbsinə səbəb “Hasil” adlı restoranda baş verən dava-dalaş olub.

Belə ki, bir neçə nəfərlə şəxsi mübahisə edən Arif Abbasov avtomobilindəki silahla qarşıdakıları vurmağa çalışıb.
Lakin qarşı tərəfin cəld tərpənərək stəkanla ona zərbə endirməsi nəticəsində Arif Abbasov huşunu itirib.
Başından yaralanan Arif Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra həbs edilib.

Əldə etdiyimiz məlumata görə, Mingəçevir Şəhər Məhkəməsi Arif Abbasov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью