Yol keçmək istəyən piyada faciəvi şəkildə öldü

02.09.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin 49-cu məhəlləsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Yaşar Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью