Yol kənarında dayanan avtomobil alovlara QƏRQ OLDU ANBAAN VİDEO

08.04.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamda rayon sakininə məxsus minik maşını yanıb.

Sfera.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.


Belə ki, yol kənarında dayanan “VAZ-2106” markalı avtomobil anidən alışıb. Hadisə yerinə FHN yerli yanğından mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğının yaxınlıqdakı tikili və avtomobillərə keçməsinin qarşısı alınıb.


Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yanaraq yararsız hala düşüb.
 

Fakt aidiyyəti orqanlar tərəfindən araşdırılır.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью