Yol nəqliyyat hadisələri ən çox hansı günlərdə baş verir? Rəsmi məlumat

17.11.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bu ilin yanvar-sentyabr aylarında 838 və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib və bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz azalaraq 1 140 nəfər olub.
Yeniavaz.com
açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, onlardan 500 nəfəri həlak olub, 640 nəfəri isə yaralanıb.
Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 34 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 42,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью