Yol nişanları görünmür, cərimə riski artır FOTO

06.10.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi küçələrdə ağac budaqları yol nişanlarının görünməsinə mane olur ki, bu da sürücülər üçün həm çaşqınlıq, həm də cərimə riski yaradır.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, yol nişanlarının qarşısını tutan ağac və kol budaqları ilə bağlı ərazidə xidmət aparan naryadlar nişanların görünmə dairəsi barədə müvafiq qaydada ümumiləşdirilmiş məlumatları budama işlərini həyata keçirən aidiyyəti dövlət orqanlarına təqdim edirlər.

Qeyd olunub ki, həmin məlumatlar əsasında bu qurumlar yol nişanlarının qarşısındakı ağac və kol budaqlarının mütəmadi təmizlənməsi üçün tədbirlər görürlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью