Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yol nişanları ilə bağlı terminlərin böyük əksəriyyəti beynəlxalq miqyasda qəbul edilmiş sözlərdir. Bunlar elə nişanlardır ki, onların yalnız Azərbaycan dilində yazılması məqsədəuyğun hesab olunmur".
Bunu 525.az-a nəqliyyat ekspert Yasin Mustafayev deyib.
Ekspert vurğulayıb ki, dövlət dilinin qorunması və “Dövlət dili haqqında” Qanunun tələblərinə riayət edilməsi kimi mühüm məsələlər var. Lakin unutmaq olmaz ki, bu nişanlar həm də beynəlxalq konvensiyalara əsaslanır və bütün dünyada qəbul edilən vahid formada olmalıdırlar.
Sevinc Qarayeva