Yol polisi avtomobili qəzaya düşdü VİDEO

01.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bakı-Sumqayıt yolunda Yol Patrul Xidmətinin (YPX) avtomobili qəzaya düşüb.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən qəza dekabrın 31-i saat 14:00-da DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında baş verib:

"YPX-yə məxsus "BMW" markalı avtomobil maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb".



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью