Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Şəhər DYP İdarəsi tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin, eyni zamanda piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrin qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir. Avtosfer.az xəbər verir ki, tədbir əsasən paytaxtın Nizami və Xətai rayonlarında baş tutub. Bakı Şəhər DYP İdarəsinin əməkdaşı polis kapitanı Rüstəm Əhmədli yüngül mühərrikli ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbət aparıb, onlara nömrə nişanının təmizliyini, düzgün yerləşdirilməsinin vacibliyi və digər təhlükəsizlik qaydalarına riayət edilməsi çatdırılıb.
bax.tvhttps://player.bax.tv/embed/227054.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler