Yol polisi Bakıda sərxoş sürücünü saxladı | Icma.az
Azpost saytına istinadən Icma.az xəbər verir. Bakıda sərxoş halda avtomobil idarə edən sürücü saxlanılıb.
AzPost xəbər verir ki, DYP əməkdaşları 99-UM-111 dövlət nömrə nişanı “Volkswagen” markalı avtomobilin sürücüsünə saxla işarəsi verib.
Gecə saat 02:40 radələrində saxlanılan sürücünün hərəkətləri şübhəli olduğu üçün yol polisi əməkdaşları onu sərxoşluq müayinəsindən keçiriblər.
Məlum olub ki, sürücü orta dərəcəli sərxoşdur. Avtomobili idarə edən 1989-cu il təvəllüdlü D.F.
barəsində yol polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsi ilə protokol tərtib edilib.
Toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü barəsində 400 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1 maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Əlavə olaraq oxuyun: Bir bakal pivə və yaxud içərisində spirt olan hansısa enerji içkisi belə testırda sürücünü sərxoş kimi göstərə bilər.
Tam oxu
Xəbəri oxu