Yol polisi dəhşətli qəzada xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb ANBAAN VİDEO

08.10.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.

Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью