Yol polisi dumanlı hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib AZƏRTAC | …
Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 13 yanvar, AZƏRTAC Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respubl
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunur.
“Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmaları xahiş edilir”, - deyə müraciətdə bildirilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu