Yol polisi ilə təhlükə yaradan kuryerin maraqlı dialoqu: Ayağın qırılacaq VİDEO

07.03.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Səbail rayonunda maraqlı hadisə baş verib. Avtosfer.az xəbər verir ki, Teymur Elçin küçəsində motosiklet sürücüsü ilə yol polisi arasında dialoq yaşanıb. Belə ki, avtomobilə yol verən motokuryer eyni anda özünü təhlükəyə atıb. Bunu görən 10-P-023 qeydiyyat nişanlı motosikletin sürücüsü olan polis kuryerə xəbərdarlıq edib.

Yol polisi kuryerə belə halları təkrarlamağı məsləhət görüb: “Belə hərəkət etmə. O dəmirdəndir, səni isə qoruyan heç nə yoxdur. Ehtiyatlı ol, yaxşı? Bilirəm, sən yaxşılıq etmək istəyirdin. Mən sənə görə deyirəm. Qəza olsa ona heç nə olmayacaq, uzağı, maşının sağ qanadı qırılacaq. Sənin isə ən yaxşı halda ayağın qırılacaq. Özünü qoru”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью