Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi FOTOLAR

12.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakı Şəhər BPİ DYP İdarəsi və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları Sabunçu rayon ərazisində yerləşən 71 və 75 saylı tam orta məktəblərdə tədbir keçirib. Avtosfer.az xəbər verir ki, yol polisləri məktəbdə təhsil alan hər yaş qrupuna aid uşaq və yeniyetmələrlə yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparıb, onlara zəruri nişanlar, qayda pozuntuları, onların səbəb ola biləcəyi qorxunc nəticələrdən qorunmaq üçün qanunlara və qaydala ciddi yanaşmaları barədə tövsiyələr verib. Daha sonra uşaqların sualları cavablandırılıb, rəy və təklifləri nəzərə alınıb. Tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə olunub.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.

Oxunub 62

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью