Yol polisi Sədərək ərazisində sürücüləri cərimə edə bilər? QANUNLA BELƏDİR

30.07.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkədə paylaşılan bir müraciət müzakirələrə səbəb olub. Sürücülərdən biri iddia edir ki, "Sədərək" Ticarət Mərkəzinin ərazisində Dövlət Yol Polisi əməkdaşı tərəfindən cərimələnib. O, bazara girişin ödənişli olduğunu və ərazinin özəl mülkiyyət sayıldığını əsas gətirərək, DYP-nin belə ərazidə sürücünü cərimələməsinin qanunsuz olduğunu bildirib.

Avtosfer.az xəbər verir ki, ərazinin özəl mülkiyyət olması DYP-nin səlahiyyətlərini avtomatik olaraq aradan qaldırmır.

"Yol hərəkəti haqqında" qanuna əsasən, nəqliyyat vasitələrinin hərəkət etdiyi və ümumi istifadəyə açıq olan yollar və ərazilərdə yol hərəkəti qaydalarına əməl olunmasına nəzarət həyata keçirilir. Əgər özəl mülkiyyətdə yerləşən yol faktiki olaraq nəqliyyatın ümumi istifadəsinə açıqdırsa, həmin ərazidə yol hərəkəti qaydalarının tələbləri qüvvədə qalır.

Bu baxımdan, Sədərək bazarı kimi minlərlə avtomobilin sərbəst daxil olduğu, nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərdə DYP-nin yol hərəkəti təhlükəsizliyinə nəzarət etməsi və qanun pozuntularına qarşı inzibati tədbirlər görməsi qanuni hesab olunur.

Fərid 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью