Yol polisi sürücünün yalanını üzə çıxardı: 8 günlük inzibati həbs

03.02.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində qardaşının adından istifadə edən "Lexus" markalı avtomobilin sürücüsü həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Gədəbəy rayonunun Yaqublu kəndində doğulmuş R.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, R.D. qayda pozuntusu səbəbi ilə Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. "Lexus"un sürücüsündən özünü təqdim etməsi tələb olunub və o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, özünü qardaşının adı ilə təqdim edib. 

Yol polisi təqdim edilmiş şəxsiyyət vəsiqəsinə baxarkən vətəndaşın yalan danışıdığını aşkar edib və şübhəli hallara görə maşının duracağa aparılmalı olduğunu bildirib. Lakin o, israrla adının Ramil olduğunu və duracağa getməyə əsas olmadığını deyib. Bu səbəbdən də vətəndaş saxlanılaraq polis şöbəsinə aparılıb. 

Bu zaman onun həmin maşını idarə etmək üçün etibarnaməsinin olmadığı, özünün isə yol hərəkəti qaydalarını pozduğuna görə 17 balı olduğu müəyyən edilib.

Məhkəmənin hökmü ilə R.D 8 gün müddətə inzibati həbs olunub. 

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью