Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət proqramına uyğun olaraq 244 nomrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, 244 nömrəli məktəbin müəllimləri və uşaqlar iştirak edib. Uşaqlara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.
Polis kapitanı Pərvanə Muradova uşaqlara yol hərəkəti qaydalarına dair ətraflı məlumatlar verib, slayd və əyani vasitələrlə nişanlar nümayiş etdirilib. Uşaqlarla maarifləndirici dialoqlar aparılıb, suallar cavablandırılıb.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Sonda Şagirdlər yol hərəkətinə dair maarifləndirici səhnəciklər hazırlayıb, mahnılar ifa ediblər. Fəal iştirak edən şagirdlər diplomlarla təltif olunub.