Yol Polisindən piyadalara xəbərdarlıq | Icma.az
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Baş Dövlət Yol Polis İdarəsi piyadalara xəbərdarlıq edib.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəsizliyi, həm də digər yol istifadəçiləri üçün böyük risk yaradır.
Piyadaların məsuliyyətsizliyi aşağıdakı hallarda özünü daha çox göstərir: 1.
Piyadaların qırmızı işıqda və ya sürücülər üçün yaşıl işıq yandığı zaman keçidlərdən keçmək. 2.
Yolu qaçaraq, telefonla məşğul olaraq və ya ətrafa diqqət yetirmədən keçmək.
Xüsusilə uşaqlar və yaşlılar arasında bu cür hallar tez-tez müşahidə olunur.
3.Piyadaların təyin olunmuş keçidlərdən kənarda, eyni zamanda xüsusi təhlükəli hesab olunan yüksək sürətli və ya çox zolaqlı avtomobil yollarından keçmək.
4. Alkoqolun təsiri altında yola çıxmaq. 5. Gecə vaxtı tünd rəngli paltarlar geyinərək işıqlandırılmamış yollarda hərəkət etmək.
Tam oxu
Xəbəri oxu