Yol polisindən rayonlara gedənlərə müraciət

02.01.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, bu ifadələr Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətindəndir:
"Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Bu səbəbdən sürücülərdən xahiş edirik:
- Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;
- Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;
- Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;
- Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;
- Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir. Unutmayaq: Qarlı havada düzgün şin seçimi sükan arxasında təhlükəsizliyin əsas şərtidir. Yollarda diqqətli olaq, təhlükəsizliyə birlikdə töhfə verək".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью