Yol polisindən xəbərdarlıq

04.03.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Dumanlı hava yolda təhlükə yarada bilər

Sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar avtomagistrallarda görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir. AYNA.AZ xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bildirilib ki, dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью