Yol polisinə saxta sürücülük vəsiqəsi təqdim edən şəxs saxlanıldı VİDEO

05.06.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Yol polisinə saxta sürücülük vəsiqəsi təqdim edən şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Aksaray şəhərində baş verib.

Belə ki, Köhnə Sanayi küçəsində patrul xidməti aparan yol polisi əməkdaşları 50-MA-1857 dövlət qeydiyyat nömrə nişanlı avtomobili dayandırıblar. Asayiş keşikçiləri 39 yaşlı A.S.G adlı əcnəbi sürücüdən sənəd tələb ediblər və o sənədləri təqdim edib. Yoxlama zamanı sürücülük vəsiqəsinin sistemdə olmadığı və sənədin saxta olduğu məlum olub.

Saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən 39 yaşlı əcnəbi 18 min 677 lirə məbləğində cərimə olunub. Bundan əlavə avtomobil cərimə meydançasına aparılıb və Qaçaqçılıqla Mübarizə Şöbəsi əməkdaşları tərəfindən nəzarət altına alınaraq ifadəsi alınması üçün polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью