Yol polisinə tabesizlik göstərən “Bentley”nin sürücüsü həbs edildi 10 LU 222

30.01.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüsü həbs edilib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sənan Atakişiyev idarə etdiyi “Bentley” markalı, 10-LU-222 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücü yol polislərinə tabesizlik göstərməyə cəhd edib.

Avtomobil idarə edərkən sərxoş vəziyyətdə spirtli içkinin təsiri altında olan sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Müvafiq qərarla sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью